MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabadda 600-dən yuxarı bal yığan gənclərlə görüş keçirildi

14:22 22.09.2020



Bu il Sabirabadda 8 nəfər 600-dən çox bal yığıb. Səmimi söhbətimiz oldu.
Adətən belə deyirlər ki, çətini universitetə daxil olana kimidir. İzah elədim ki, universitetə daxil olmaq prosesin ən asan hissəsidir, çətini yaxşı oxumaq, xarici dil öyrənmək, daima inkişaf eləməkdir.
Asudə vaxtlardan səmərəli istifadə və gənclər təşkilatlarında aktiv fəaliyyət barədə geniş məlumat verdim.
Qaratəpə orta məktəbin məzunu, Nərmin xanım mənə dedi ki, müəllim olacaq, Sabirabadda çalışacaq, gənc xanımların təhsil alması ilə bağlı layihələrdə aktiv iştirak edəcək. Hesab edirəm ki, Nərmin nəinki müəllimə, gələcəyin direktorudur.
Görüşdə iştirak edən məzunların hər biri çox gözəl sahələr seçiblər. Hər birinə uğurlar arzu edirəm. Bakıda onlara hər cür dəstəyin göstərilməsinə hazıram. Özlərinə də dedim.
Anar, Tunal, Nərmin, Samir və Fərid, hər birinizə uğurlar!